Çoxdan arzulayırdım ki, şəxsi saytımı jurnal stilində hazırlayım. Yazıları, şəkilləri elə əlavə edim ki, jurnaldakı kimi görsənsin və s. Əvvəllər bunu sadə html üzərində etmişdim. Sonradan hər dəfə yeni yazılar əlavə edəndə html kodların içində saatlarımı xərclədiyim üçün bu mənə yorucu gəldi. Daha sonra jurnal stil arzularımı woothemesin antisocial temasında bəzi xırda modifikasiyalar edərək gerçəkləşdirməyə çalışdım. Amma yenə də ürəyimcə olmamışdı. Sadəcə həmin dizaynın modifikasiyasına çox vaxt ayırdığım üçün onu dəyişməyə ürəyim gəlmirdi. Və bu. Gördüyünüz bu dizayn demək olar ki, sıfırdan yığılıb, 95% kodlar yenidən yazılıb, dəyişdirilib. Nəticə isə göz qabağında… 5 gündən çoxdur ki, gördüyünüz bu dizaynın üzərində işləyirdim.
Çox güman ki wordpress bloglarının bu formada olmasına rast gəlməmisiniz və yaxud alışmamısınız. Amma gördüyünüz bu blogum wordpress cms`i üzərində qurulub. Yeni dizaynımdakı maraqlı funksiyalardan əsas səhifədə gördüyünüz “jquery möcüzəsi” sahəsi sayıla bilər. Həmçinin hər bir yazı ayrı-ayrı css üzərində yığa bilirəm. Artıq indi yazılarda arxa fona şəkil əlavə etmək, yazının başlığından yuxarıda şəkili əlavə edilməsi, yazının istənilən ölçüdə, istədiyim yerdə yerləşdirə bilməyim, hər bir yazı üçün css-də təmiz dizaynın görüntüsünü dəyişmək və s. imkanlarım var. Yəni məsələ qalır kreativliyə, həvəsə, ideyaya, yazının mövzusuna və s. Həvəsim olduqca, daha çox modifikasiyalar etmək, yeni css elemntləri, effektlər əlavə etməyi düşünürəm. Bir sözlə hər bir yazı digərindən max. dərəcədə fərqlənəcək.
Artıq yazıları yavaş-yavaş yeni dizayna uyğun olaraq dəyişirəm. Maraqlı alınan bəzi dəyişiklikləri görmək üçün aşağıdakı yazılarıma daxil olun.
Ep investor axtarışında, investor təklifində dəyişikliklər, 1000 manat=1%
Tanrının, ruhun yoxluğu və ağıl göstər paradoksu
Avropa islama qarşı
Blogger jurnalistdirmi və yaxud Azərbaycanda bloqçuluq təfəkkürü
Facebook timeline dizaynı + hide-unhide probleminin həlli haqqında
Facebookda istifadəçi abunəçiliyi və dost siyahımda təmizlik
Radiomix/10/20/2011
“Home” sənədli filmi (online)
Və yeni dizaynımı, bu stili, kreativliyi bəyəndiyinizsə, layk edin.
p.s: Düşünürəm ki, aznet-də belə bir kreativ, profesional blog yoxdur. Varsa şərhlərdə link ata bilərsiz. ))
