Başqa ulduzlar, qalaktikalar arasındakı bildiyimiz məsafələr yalnış ola bilər. Bu isə öz növbəsində bizim tanıdığımız kainatın ölçülərini, sərhədlərinin yalnış olduğu nəticəsinə gətirib çıxarır. Təsəvvür edin ki, dünənə kimi tanıdığımız kainatın yaşı 13.7 milyard il yox, daha çox və yaxud azdır. İndi isə aşağıda səbəbi göstərməyə çalışım.
İşıq sürəti materiyanın müxtəlif formalarında, mühitlərdə müxtəlif sürətə malikdir. İşıq sürəti mütləq vakumda (absalut vakum) 300min km/san-yə bərabərdir. Daha dəqiq desək, 299792458m/san.
Hətta bu yaxınlarda alimlər eksperimental olaraq atomların ultrasoyudulması sayəsində (mütləq sıfıra yaxın temperatur) işığın qazdan keçmə sürətini 17m/san-yə qədər azaltmışdılar. Əgər məsələ belə qəlizdirsə, onda biz necə deyə bilərik ki, filan qalaktikadan, filan ulduzdan işıq bizə milyon işıq ilinə gəlib çatır, beləcə onun uzaqlığını və yaşını təyin edək. Axı, mühit dəyişir.
1) Kosmos saydığımız mühit bütünlüklə mütləq vakumdan təşkil olunmayıb.
2) Kosmosun bütün sahələrində mühit eyni deyildir. Bir yerində mütləq vakuma yaxın mühit ola bilən yerdə, digər yerlərdə işığın yayılması üçün müxtəlif qaz qarışıqları, qravitasiya qüvvəsi, qara enerji və s. maneələr var…
Üstəlik, qalaktikalararası məsafələrdə mütləq sıfırdan daha (-273) az temperatur var. Amma nebula adlandırdığımız dumanlıqların içindən keçən işıq həmin nebulanı yaratmış olan qaz qarışıqları ilə də rastlaşmış olur, müxtəlif temperatur dəyişiklikləri ilə də. Bu isə məsəl üçün, X adlı qalaktikanın Y adlı ulduzundan gələn işıq materiyanın müxtəlif formaları (mühitlər) mütləq vakum sürəti ilə gəlməsinə maneə yaratmış olur. Və belədirsə, onda biz nəyə görə standart işıq sürətini etalon götürüb kosmosdakı uzaq obyektlər arasındakı məsafəni ölçmüş oluruq?
Məsələn: Qartal dumanlığı ilə bizim aramızdakı məsafə 7000 işıq ilinə bərabərdir.

İndi isə sual olunur. Doğurdanmı qartal dumanlığı bizdən 7000 işıq ili uzaqdadır, yoxsa daha uzaq? Bəlkə daha yaxın?
Əgər ölçmələr düzgün deyilsə, onda bizim qəbul etdiyimiz, təsəvvür etdiyimiz məsafələr düzgündürmü?
Bilmirəm…
İşıq sürəti ilə məsafələr doğrudurmu?281 baxış
