G+ səhifələrim294 baxış

Bildiyimiz kimi, 2 gün əvvəl google plus bir yeniliyini də ortaya atdı. Artıq hər bir google plus istifadəçisi facebookdakı kimi səhifə aça bilər. Həmçinin bilirik ki facebookda həddindən çox səhifə var. Açılacaq yeni səhifəyə ad da tapmaq çətin olur, həmin səhifəyə adam da yığmaq da. Daha çox istifadəçini cəlb edəcək maraqlı adlar, brendlərin adları və s. də artıq açılıb. Buna görə də daha çox insanı bir yerə yığa biləcək səhifə açmaq olmur.
Amma google plusdə səhifələr cəmi 2 gündür aktiv olduğu üçün çox az səhifələr açılıb və kim səhifə açdısa, deməli, həmin adlı səhifə artıq mövcud olmuş olur. Buna görə də həmin adda səhifə açmaq mümkün olmur.
Mən isə tez tərpəndim. Və dünya üzrə, Azərbaycan üzrə məhşur səhifələri, brendlərin adına səhifələr açdım. Bəzi səhifələr boş olsa da, onlara müəyyən informasiyalarla doldura da bilərəm, eləcə boş saxlaya da bilərəm. Brend, tanınmış səhifələr açdığım üçün, düşünürəm ki, bu adlı səhifələrə qısa zaman ərzində milyonlarla istifadəçi yığmaq olar.
Və artıq həmin səhifələr mənim adıma olduğu üçün həmin səhifəni açmaq istəyən google plus istifadəçisi eyni adlı səhifənin mövcud olduğunu görəcək.
Və həmin google plus istifadəçisinin 3 variantı var.
1. Səhifə admini olan asif eminovla əlaqə saxlamaq.
2. Bu ad dolu olduğu üçün başqa adda səhifə açmaq.
3. Larri Peycə (google direktor) şikayət edərək mənim google hesabımı bağlatdırmaq. ))

3-cü variant məncə çətin məsələ olar. Çünki google hansısa brendlərin adına uyğun səhifə açmağa qadağa qoymayıb. Amma hansısa brend ada görə mənim profilimi bağlamaq istəsələr öz qayda-qanunlarına zidd hərəkət etmiş olur.

İndi isə sizə mənim admin olduğum bəzi səhifələrin adlarını sizlərə təqdim edirəm.

1. Azərbaycan (Azerbaijan; Azərbaycan-Azerbaijan və s.)
2. Baku
3. Azercell
4. NarMobile
5. Bakcell
6. G+ Azerbaijan (Gplus Azerbaijan, Gplus Azərbaycan və s.)
7. Barack Obama
8. Dmitry Medvedev
9. Ilham Aliyev
10. Mehriban Aliyeva
11. Michael Jackson
12. Eminem
13. Lady Gaga
13. McDonald’s
14. MTV
15. Rihanna
16. Adidas
17. Apple
18. Bob Marley
19. Disney
20. Dolce & Gabanna
21. Harry Potter
22. House
23. Mark Zuckerberg
24. Megan Fox
25. Steve Jobs
26. Muammar Gaddafi
27. The Simpsons
28. Eurovision2012
29. 2012 və s.

Çox güman ki, bəzi səhifələrimi feedback yolu ilə google plus istifadəçiləri bağlatdıra bilərlər. Məs: Barack Obama kimi səhifələri. ) Amma digər brend adları, səhifələri bağlamaq heç kimin marağında deyil. Çünki səhifələri aktiv istifadə etsəm, eyni adlı səhifəni açıb nəsə paylaşmaq istəyəndən heç bir fərqim olmaz.

Hal-hazırda 40 səhifə aktivdir. Bunlardan sadəcə məhşur adları təqdim etdim. Gördüyünüz kimi bu adlı səhifələrlə indiyə kimi qeydiyyatdan keçən 40 milyon google plus istifadəçilərinin hamsını ələ almaq olar. ))

Sual oluna bilər ki, bu qədər səhifələr, istifadəçi yığmaqda maraq nə ola bilər? Maraq reklamdır. Hansısa şöhrətpərəstlik yox.
Əgər sabah yuxarıda adı çəkilən səhifələrdə milyonlarla istifadəçi varsa, həmin səhifəyə uyğun materialların içində həftədə bir dəfə sənə lazım olan materialı paylaşsan, həmin milyon istifadəçinin hamsının görməsi deməkdir və səhifədə olan heç bir istifadəçi ayda ildə bir dəfə 5-10 dəqiqəlik təqdim olunan, mövzudan kənar paylaşıma görə səhifədən şikayətlənməz.

Əgər kiməsə hansısa səhifə maraqlı olsa, məni axtarsın. Kimliyindən, vəzifəsindən asılı olmayaraq. İstəyir lap Barack Obama olsun.

Mənim google plus hesabım: asif eminov