“Xəyalın digər adı maddə” adlı kitabın əsl üzü – Harun Yahya saxtakarlığı1,275 baxış

Bu yazını yazmaqda məqsədim Harunun əsl üzünü, kitablarında yazılanların nə qədər doğru və yaxud yalnış olduğunu göstərməkdir. Bəli! Harun Yəhya adlı bir şəxs saxtakardır! İslam adı altında elmə ləkə gətirən, kitablarının çox hissəsini özü belə yazmayan birisi, elmi faktları ortaya ataraq, spekulyasiyalara yol verən və bununla da öz ideologiyasına daha çox adam yığmaq istəyən birisi. Əsl məqsədi Türk-İslam Respublikası utopiyası olan Harun əslində çox gözəl siyasət yeridir. Onu maaliyələşdirən mənbələr vasitəsilə çoxlu saxta kitablar çıxardır, bir neçə dillərə tərcümə etdirir, çoxlu konfranslar təşkil edir və heç bir elmi dəlili olmadan, spekulyasiyalardan istifadə edərək geniş kütləni özünə cəlb edir. Hansı yollarla? Əlbəttə ki, islam və elm adı altında. Nəyə görə məhz bu yol? Əgər bir adam müsəlmandırsa, deməli, islam adı eşitdiyi hər şeyi yaxşı bir şey qəbul edər və onunla maraqlanar. Nəyə görə elm? Əgər bir adam islamın elmlə vəhdətini görərsə bu ona daha çox maraqlı olar. Və bir kütləni təşkil edən insanların əksəriyyətinin həm dini, həm də elmi bilikləri olmaq məcburiyyətində deyil və bu hal olduğu üçün, deyiləcək hər bir söz onlara həqiqət kimi görsənər, onu qəbul edər. Maraqlısı da odur ki, elmlə o qədər maraqlanmayan adamlar din adı gələn kimi elmi əlində kozr saxlamağa meyllidirlər. Mən burda kütlə adı altında kimisə təhqir etmək istəmədim. Kimisi ağılsız biri də hesab etmək niyyətim olmadı. Heç kim bütün elmləri 100%-nə bilmək məcburiyyətində deyil. Əgər bir hüquqşunas biologiyadan xəbəri yoxdursa, bu normal haldır. Çünki onun maraqları əsasən hüquqdur. Amma bir inanclı bir hüquqşunasa müxtəlif saxtakarlıqlar və spekulyasiyalar vasitəsilə biologiya elmini başa salan varsa və bu onun inancları il üst-üstə düşürsə, skeptik olmaq istəməyən fərd üçün əlbəttə ki, bu informasiya yalan olsa belə onun üçün həqiqətə çevriləcək. O biologiyanı məhz Harun Yəhya ilə “öyrənmiş” olacaq. Bu yazılar silsiləsi isə onun elmi saxtakarlıqlarını üzə çıxartmaq, kitablarından sitatlar gətirərək kitablarının nə qədər saxta olduğunu izah etmək, göstərməkdən ibarətdir. Əgər kimsə öz vicdanını satıb, öz inanclarına görə həqiqətlərə göz yummaq istəyirsə, onsuzda bunu edəcək. Və heç kim heç kimin düşüncəsinə qarışa bilməz. Qoy bu yazılar Harun Yəhya düşüncəsinin nə qədər saxta olduğunu göstərən yazılar kimi tanınsın!  Və buna görə dəstək olmağı, yazılarımı oxumağı, harda Harun təbliğatının iyi gələrsə, orda paylaşmağınızı xahiş edirəm.  Yox, əgər kimsə yazdıqlarımla razılşamırsa, əks arqumentlər gətirə bilər.

1-ci yazı
Yüzlərlə oxucu üçün həqiqətə çevrilmiş “Xəyaın digər adı maddə” adlı kitabın əsl üzü!

Bu kitab 245 səhifədən ibarətdir. Və onların yarıdan çox bugün elmin qəbul etdikləri faktlardan ibarətdir. Bu elmi faktları heç kim inkar etmir. Hətta materialist düşüncəli, dinsiz alimlər belə bunları olduğu kimi qəbul edir. Bəs nəyə görə ateist bir alimin qəbul etdiyi həqiqəti Harun ilahiləşdirir? Əgər bu elmi faktlarda ilahi nəsə var idisə, o zaman niyə dünyaca məhşur alimlər bunu fakt kimi qəbul edərək, öz dediklərinin üstündə qalır və burada hər hansı bir allahın əli olmadığını göstərir? Amma Harunun göstərir! Necə? Bu elmi faktları misal çəkərək axırda spekulyasiyaya yol verir və bununla da oxucuda çaşqınlıq yaratmaqla. Mən də bu yazıda əsasən bu spekulyasiyaları qabardaraq onun saxtakarlığını üzə çıxartmaq niyyətindəyəm! Daha onun 245 səhifəlik “kitabını” bura köçürmək və özüm də 245 səhifəlik yazı yazmaq yox. İndi isə keçək kitaba.

… Ancaq insanlar bu varlıqların əslini duyğu orqanları yolu ilə görə bilməz, hiss edə bilməz və ya eşidə bilməzlər. Gördükləri və hiss etdikləri, bu varlıqların beyinlərindəki surətləridir.
… Sizin oxuduğunuz yazı beyninizin arxasındakı “yazı surətidir”. Bu yazının əslini isə Allah görür.
… Ancaq bizə insanın təmasda olduğu maddənin mahiyyəti haqqında məlumat verir ki, bu da maddənin əsli ilə heç bir insanın təmasda olmadığı həqiqətdir. (səh: 14)

Baxın, cümlə necə də səhv qurulub. Harun deyir ki, biz ətraf aləmi duyğu orqanlarımız ilə dərk etmirik. Harunun sözündən belə çıxır ki, mən gözüm olmasa da bu yazını görə biləcəm, qulağım olmasa da indi dinlədiyim mahnını eşidəcəm. Harun deyir ki, mən maddə ilə təmasda ola bilmirəm. Sanki indi klaviaturaya toxunan mən deyiləm, bunlar mənim barmaqlarım deyil. Klaviatura plastmastdan deyil. Axı, mən onun plastmasdan təşkil olunduğunu duyğu orqanlarım vasitəsilə dərk edirəm. Və yaxud isti dəmirə toxunsam əlimi niyə çəkirəm? Ağrıdır deyəmi? Bəli, amma bu onunla təmasda olmamaq deməkdirmi? Əgər belədirsə, onda niyə mənim əlim yanmalıdır? Haruna görə bu ətraf aləmi bizim vasitə ilə dərk edən allah özüdür. Yəni mən bu yazını görmürəm, yazını görən allahdır. Üstəlik mən bir ateist olaraq, allah içimdən bu yazıya baxır, mənim yerimə allah düşünür, klavişləri basan, bu yazıları yazan, Harunu səhv çıxardan mən yox, allah özüdür. İndi isə aşağıdakı yazılara diqqət.

Bundan əlavə, unutmaq olmaz ki, Allah bütün hadisələri “Lövhi-məhfuz” adlı kitabda yazmışdır. Biz görməsək də, bunların hamısı Lövhi-məhfuzda var. Hər şeyin Allah qatında Lövhi-məhfuz adlandırılan “əsas kitab”da qorunduğu belə bildirilir:
Göylərdə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın bir Kitabda olmasın! (Nəml surəsi, 75) (səh: 15)

Harun burda dünyada baş verən bütün pisliklərə cavabdehliyi allah olduğunu göstərmiş oldu. Alın yazısı söhbətini göstərmiş oldu. Onda belə çıxır ki, Asifin bir ateist olacağı doğulmamışdan əvvəl lövhi məhfuzda var idi. Harunun bir şarlatan olacağı da orda var idi. Harunun minlərlə insanın bu kimi saxta kitablarla aldatmağı da allahın lövhi məhfuzuna… Müharibələrdə ölən uşaqların, Afrikada quru çörək tapmayıb, acından ölməsi də, Xocalıda uşağın gözünün qabağında anasının ermenilər tərəfindən zorlanması da var idi. Erməni vasitəsilə zorlayan da allah özü idi. Evi olmayıb, kücələrdə qalan qocanın da taleyi o doğulmamışdan əvvəl lövhi mahfuzda olub, uşaqaları tərəfindən atılması da və s. İstənilən misal çəkə bilərsiniz… Əziz oxucular, Harunun bu fikirləri ilə razısınızmı?

Harun kitabında təkrar-təkrar bir çox duyğu orqanlarının mexanizmi kimi görmənin elmi mexanizmini başa salandan sonra (hansı ki, bunu alim də qəbul edir, mən də qəbul edirəm və s.) ortaya bir sual atır. Və məhz bu sualla da Harun Yəhya görmənin bu mexanizmini öyrənən, bilən, kəşf edən ateist alimdən fərqlənir. Bu sual isə aşağıdakı kimidir. Hansı ki, bu sual məhz Harunu çökdürmüş olacaq.

Bu texniki həqiqətdir və elmi dəlillər nəticəsində etiraza və ya mübahisəyə səbəb olacaq mövzu deyil. Əsas cəhət bu texniki həqiqətin bizi apardığı və yuxarıda verilən sualdır: Beynimizin içində bir gözü olmadan, pəncərədən görünən mənzərəni seyr edən, bu mənzərədən həzz alan, həyəcanlanan kimdir? (səh: 19)

Sonra isə Rita Karterdən bu mexanizmin əsl elmi tərəfini misal çəkir. Fikir versəz görərsiniz ki, Rita Karter məsləyə Harun kimi yanaşmır, bir fiziki proses kimi yanaşır və orda ilahiləşdiriləcək bir şey axtarmır. Səbəbi enerjidə görür. Əslində bu izahlar Harunə sərf etməyən izahlardır. Bu adam niyə bu izahları verib, tapılan cavabları görmək istəmədən özündən amerika kəşf edir, bilmirəm. Axı, sən özün də burda enerji, elektrik siqnallarından başqa bir şey görmürsən.

“Zehnin xəritəsini çıxarmaq” adlı kitabında yazıçı Rita Karter dünyanı necə qavradığımızı belə açıqlayır:
Hər bir duyğu orqanı özünə uyğun olan xəbərdarlığa cavab verəcək şəkildə yaradılmışdır. Bu xəbərdarlıqlar isə molekullar, dalğalar və ya titrəmələr şəklindədir. Bütün bu müxtəlifliyə baxmayaraq, duyğu orqanları əslində eyni vəzifəni yerinə yetirirlər: özlərinə aid olan xəbərdarlığı elektrik siqnallarına çevirirlər. Xəbərdarlıq isə sadəcə xəbərdarlıqdır. Qırmızı rəng deyil və ya Bethovenin beşinci simfoniyasının ilk notu deyil, sadəcə elektrik enerjisidir. Əslində hər hansı bir hissi digərlərindən fərqləndirmək əvəzinə duyğu orqanları hamısını eyni şeyə, yəni elektrik siqnalına çevirirlər. Elə isə bütün hisslərə aid olan xəbərdarlıqlar eyni qaydada beynə elektrik axınları şəklində daxil olur və buradakı sinir hüceyrələrinə xəbərdarlıq edirlər. Bütün proses budur. Bu elektrik siqnallarını yenidən işıq dalğalarına və ya molekullara çevirən geri qayıtma sistemi yoxdur. Hər hansı bir elektrik siqnalının görüntüyə, digərinin qoxuya çevrilməsi isə bu elektrik siqnalının hansı sinir hüceyrələrinə təsir etməsinə bağlıdır.1 (səh: 22)

Baxın, Rita Karter bu mexanizmin necə var elə izah edir. Hər şeyin elektrik enerjisi ilə bağlı olduğunu, informasiya nə vasitəsilə necə daşındığını, konkret olaraq müəyyən olunmuş sinirlərin hansı siqanallara cavabdeh olduğunu və s. qeyd edir.

Həyatımız boyu aldığımız təlqinlə bütün dünyanı gözlərimizlə gördüyümüzü zənn edirik. Hətta “gözlərimiz dünyaya açılan pəncərədir” deyə bilərik. Əslində isə görmənin elmi açıqlamasına əsasən, həqiqət belə deyil, çünki biz gözlərimizlə görmürük. (səh: 24)

Əziz Harun abi, sən qulağınla mı görürsən? Bəlkə cümləni düzgün qurmağı bacarasan? Məs: Biz gözlərimizlə görmürük, amma gözlərsiz də görə bilmərik! Yox… Cümləni belə qursan, sənin fikirlərinə uzlaşmaz, axı. Ona görə də sən və sənin kimilər gözlə yox, başqa yeri ilə görməyi daha məqsəduyğun hesab edir!

Əslində isə dünya hər şeyi ilə birlikdə bizim içimizdədir. Biz xaricimizdə hesab etdiyimiz dünyanı əslində içimizdə, beynimizdəki kiçik nöqtədə görürük. (səh: 24)

Bu artıq fəlsəfi yanaşma oldu. Elmi yanaşma yox. Fəlsəfə isə fakt deyil. Yəni fakt olan dünyanın bizim içimizdə olması yox, biz Yer kürəsinin üstündə olmağımızdır. Qıraqda gördüyüm dağ içimdə yox, elə yerində mövcuddur. Komputerim mənim qarşımdadır, içimdə yox. Sadəcə olaraq duyğu orqanları vasitəsilə beynimiz bunları bizə dərk etdirmək üçün bir vasitədir. Bu dərklər isə yaşamağımız üçündür. Amma sən burda kitab yazıb, bu yazını göstərən monitorun oxucudan 35-50sm uzaqda olduğunu yox, içində olduğunu deyirsən. Hansı ki, kor adam görmür, amma toxunmaqla onun formasını, ölçüsünü sənə deyə bilər!

Toz düşdüyü üçün qaşınan sağ gözünü gözü açıq ikən yüngülcə qaşıdıqda şirkət binasının yuxarı-aşağı və ya sağa-sola doğru gedib-gəldiyini görəcəkdir. Elə bu zaman düşünən insan gördüyü görüntünün xarici aləmdəki sabit varlıq olmadığını anlayar. Çünki gözünü qaşıması ilə görüntü gedib-gəlir. (səh: 26)

Baxın, Harun abi deyir ki, gözümüzü ovxalayanda bina əyilir. WTF?! Yəni Harunun beynimizin içində təsəvvür elədiyi o allahın (yuxarıda allah görür demişdi) gözlərində olmur problem. Problem binadadır. Kim binanı əymək istəsə öz barmağını gözünə soxsun və yaxud butulkadan baxsın və abrakadabra! Bina əyiləcək! Camaatın balkondan kəllə-mayallaq necə düşdüyünü görə bilərsiz! Əəə, Harun, bura sənincün Matrix kinosu deyil, eşitdin?!

Bəs beynin arxasında uşağın üç ölçülü, qüsursuz dərəcədə aydın görüntüsünü görən kimdir? Elə burda qarşımıza beynin fövqündə olan varlıq – RUH çıxır. (səh: 26)

Baxın, Harun bəyax yuxarıda görənin allah olduğunu deyirdi, indi isə görənin ruh olduğunu qeyd edir. Yoxsa, allah özü elə ruhdur? Hə, Harun?

Siz otağın beyninizin içində əmələ gələn xəyali görüntüsünü görürsünüz və heç bir zaman bu otağın əslini duyğu orqanlarınız vasitəsilə görməyiniz mümkün deyil. (səh: 28)

Səhvin kobuluğuna diqqət! Duyğu orqanlarmız vasitəsilə görməkdən danışır, halbuki görmə ancaq gözə xasdır. Daha buruna, qulağa və s. yox. Görünür Harun bu kitabı yazanda 5 duyğu orqanının hamsı ilə birlikdə GÖRMƏK istəyib otağı və təkcə gözü ilə də görə bilməyib, ona görə mümkün olmadığını deyir. Yaxşı bu otağın əsli sənin içindədirsə, bəs səni əhatə edən nədir? Xəyalımı? Bunu bu kitabında dəfələrlə qeyd eləmisən. Prinsipə dindarların quranda bir sözün neçə dəfə təkrarlandığını saydığı kimi, mən də bu kitabında bu xəyal söhbətinin neçə dəfə təkrarladığını deyə bilərəm! Amma… Bəlkə əksinə? Axı, sən otaqda olmasan, otağın içini görməyəcəksən, amma otaq mövcud olacaq. Deməli, əslində xəyal olan xaricdəki yox, beynin içindəkidir. Amma sən kitabında dəfələrlə təkrarlayırsan ki, qıraqda olan xəyaldır. Qıraqda olan xəyaldırsa, onda nəyə görə mənim kompütərimi ancaq mən görürəm, bunu oxuyan oxucular yox?  Və yaxud başqa misal. Mənim telefonum 5 meqapixel şəkil çəkə bilir. Sənin şəklivi çəksəm, ekranımda görə bilərəm. İndi sən bu telefonumun flaş kartında mövcud olmuş olursan, yoxsa indi oturduğun yerdə? İlişdinmi, qardaş?! Hələ çox ilişdirəcəm səni, bu harasıdır ki?!

Rəng korluğu rənglərin beynimizdə əmələ gəlməsinin vacib dəlillərindəndir. Məlumdur ki, gözdəki tor qişada əmələ gələn kiçik pozuntu rəng korluğuna səbəb olur. Belə olduqda insan yaşıl ilə qırmızını bir-birindən ayırd edə bilmir. Bu halda xarici aləmdəki cismin “rəngli” olub olmaması vacib deyil. Çünki biz cisimləri onlar rəngli olduqlarına görə rəngli görmürük. Buradakı nəticə bundan ibarətdir: varlıqlara aid etdiyimiz bütün xüsusiyyətlər “xarici dünyada” deyil, beynimizdədir. (səh: 34)

Bir neçə səhifə görmənin elmi mexanizmini izah edəndən sonra sona yaxın belə bir cümlələr əlavə edir. Hansı ki, materialsit baxışlı elmi faktları izah edərək, axırda başqa qənaətə gəlmək istəsə də ortaya atdığı bu fikirlər onu alt-üst edir. Rənglərin əslində elektromaqnit dalğası olduğunu izah edəndən sonra (bu təmiz fiziki proses olaraq, həyata materialist baxışdır), daltonizmi misal çəkir (halbuki bu tibbi terminin adını belə bilmir, əks halda adını çəkərdi), sonra isə rənglərin xarici dünyada olmadığını, beynimizdə olduğunu deyərək özünü paradoksal vəziyyətə salmış olur. Çünki yuxarıda birinci allahın gördüyünü, sonra ruhun gördüyünü izah edən Harun yəqin daltonik ruhu, daltonik allahı nəzərdə tuturdu. Axı, onun üçün görən ruhdur, allahdır… Və yaxud Lövhi-Məhfuzu yada sala bilərik…

Bütün səsləri beynimizdə eşidirik (səh: 36)

Eyni ilə gözlərə aid elmi mexanizm (izah olunan elmi baxış materialist baxışdır) və eynilə gözlərdə verilən sual. Yəni eşidən kimdir? Haruna görə eşidən bir variantda allah, o biri variantda ruh.

Ardı var. Çünki hələ kitab qurtarmayib. )) Sabah axşama…