Azərbaycanda gənclər arasında elmin inkişafına dəstək fondu – Eminov fondu1,205 baxış

Azərbaycanda yeni elmlər akadamiyası
Düşünürəm ki, Azərbaycanda belə bir fond yoxdur və bizim cəmiyyətin belə bir fondun olmasına çox ehtiyacı var. Əslində belə bir fondun yaradılmasına məni həvəsləndirən rusların Dinastiya fondu oldu. Fondun əsas məqsədi təbiət və dəqiq elmlərə qarşı cəmiyyətdə maraq yaratmaq, elmi cəmiyyətdə populyarlaşdırılması, insanların maarifləndirilməsidir. Fondun fəaliyyəti əsasən bilik akademiyasında qabaqcadan müəyyən olunmuş təbiət elmləri və dəqiq elmlər üzrə müxtəlif alimlər, öz sahələri üzrə mütəxəsislər tərəfindən mühazirələr şəklində təşkil etmək. Dünyaca məhşur elmi sənədli, sci-fi janrında filmlərin Azərbaycan dilinə dublyaj olunmuş versiyada bilik akademiyası üzvləri ilə paylaşmaq. Bir çox elmi əsərlərin Azərbaycan dilinə tərcümə olunması və dərci. Əsasən şagirdlərin elmə göstərdiyi marağına görə pul mükafatları, fond tərəfindən verilən stipendiya, onların hazırlığı kursları üçün ayrılacaq pulların fond tərəfindən ödənilməsi. Həmçinin bəzi fənnlər üzrə pulsuz hazırlıq kursları. Azərbaycanda fondun maraq dairəsinə uyğun elmlərlə bağlı hər hansı bir fəaliyyət zamanı onlara dəstək kimi qrantların ayrılması. Gənclərin kimya, astronomiya, biologiya, fizika, arxeologiya və s. elmi-maarifləndirici ekskursiyalar təşkil etmək. Müəyyən olunmuş elmlər üzrə  ekspermentlərdə iştirak etmək, özlərinin eksperiment aparmaq imkanı. Elmi institutların tədqiqatları ilə tanış etmək, tədqiqat iştirakçısına çevirmək.

Elmi olduğu kimi təqdim edərək cəmiyyətə, əsasən də gənc nəsildə elmə həvəsi artırmaq, gələcəkdə elmə marağı olan kadrların ortaya çıxmasına dəstək olmaqdır.

Fondun ilkin kapitalı 5 min manat olmaqla könüllü olaraq mən Asif Eminov Aydın oğlu tərəfindən fond daxilində yuxarıda adı çəkiləcək xidmətlərə sərf olunacaq.

Həmçinin ümid edirəm ki, fondun daha da inkişaf etdirilməsi üçün hüquqi və fiziki şəxslərin də fonda pul ayrılması üçün müraciətlərimiz də cababsız qalmayacaq. Fonda ayrılacaq pul ancaq fond üçün xərclənəcək və bu fondu yaratmaqda məqsədim gəlir əldə etmək deyil. Fond açıldıqdan sonra fond üçün açılmış xüsusi saytda aylıq nəticələr ictimaiyyətə təqdim olunacaq. Həmçinin fond ictimaiyyətə açılan gündən bank hesabı da təqdim olunacaq ki, hesaba yatırlımış 1$ belə fondun fəaliyyəti üçün xərclənmiş olacaq.

Eminov fondu öz fəaliyyətini ilkin olaraq bilik akademiyası şəklində iyul-avqust aylarından başlayacaq.

Əgər hər hansı fiziki və yaxud hüquqi şəxsi bilik akademiyası, bu fondun fəaliyyəti maraqlandırırsa, mənimlə əlaqə saxlaya bilər.

Həmçinin belə bir layihəni dəstəkləyirsinizsə, xahiş edirəm bacardığınız qədər çox yerdə bu yazımı paylaşasınız.