Çox yerdə qeyd etmişəm ki, təbiət elmləri və dəqiq elmlərlə məşğul olan alimlərin əksəriyyəti dinsizdirlər. Amma bugün Azərbaycan cəmiyyətində islamla elmlə birləşdirmək istəyən, ortaya atdığı elm haqqında 1% belə bilikləri olmadan özlərini bütün dünya alimlərindən ağıllı saymaq, bugünkü yaşam tərzinin məhz onların kəşflərinə minnətdar olmaq əvəzinə, onların dinsiz olduğunu bilincə AĞILSIZ hesab eləyən minlərlə insan var. İndi isə sizə dünya alimlərinin dinsizlik faizlərini açıqlayım.
Dünyanın əksər nobel mükafatçılarını bir araya gətirən, hər alimin üzvlüyü qəbul edilməyən, özünü öz sahəsində kəşfləri ilə tam olaraq doğrulda bilən NAS (National Academy of Sciences) üzvləri arasında;
72,2% allahı qəbul etmir və ya özünü ateist sayır.
20,8% özünü aqnostik kimi görür.
7% özünü teist kimi görür.
Həmçinin özünü ateist qəbul edənlər arasında fizik və kosmoloqlar çoxluq təşkil edir.
Amerika əhalsinin 92%-i allaha inanır. Amma 21 Amerika Universitetində müəllimlər, professorlar arasında aparılan sorğuya əsasən;
31,2% özünü ateist sayır.
31% özünü aqnostik qəbul edir.
7% yüksək bir gücün olduğunu qəbul edir, bunlardan 5%-i bunun allah ola biləciyini qəbul edir.
15,5% allaha inandığını desə də, bunların 9,7%-i skeptik olduğunu, şübhəçi yanaşdığını qeyd edir.
Həmçinin qadınlar arasında dini inanclar daha çoxdur, nəinki kişilər. Həmçinin maraqlı faktlardan biri – yaşlı insanların daha çox dinə meyilli olan cəmiyyətdə, yaşlı alimlər daha çox ateizmə, aqnostizmə meyllidirlər, nəinki cavan alimlər.
Bu universitetlərin fəlsəfə fakültəsində çalışan filosoflardan allah inananlar 14,6% təşkil edir.
Yuxarıda qeyd etdiyim 21 universitetin 2198 fakültəsi arasında keçirilən sorğuya əsasən orda işləyən akademiklərin, müəllimlərin, professorlar arasında ateistlərin faiz nisbəti;
Fiziklər 40,8%
Kimyaçılar 26,6%
Bioloqlar 41%
Sosioloqlar 34%
İqtisadçılar 31,7%
Siyasi elmlər üzrə 27%
Psixoloqlar 33%
Həmçinin NAS-a üzv olan riyaziyyatçılar arasında 14,3% -i allaha inanır.
2009-cu il sorğularına əsasən allaha inanmayanların faiz nisbəti;
Biologiya və tibb elmləri ilə məşğul olanlardan 68%
Kimya üzrə 59%
Geoloji elmlər 70%
Fizika və astronomiya üzrə 72%
Həmçinin yuxarıda adı çəkilənlər sırasında 99,9% alimlər təkamülü qəbul edir. Ümumiyyətlə isə dünya üzrə yalnız 5% alimlər yaradışılı qəbul edir. Əlavə olaraq onu da qeyd etmək olar ki, 2005-ci iləd Avstrasliyada 70000 alim və müəllimlər arasında aparılan sorğuya əsasən, onlar yaradılış nəzəriyyəsinin elmə uzlaşmadığını, bu nəzəriyyənin ümumiyyətlə elmdən uzaq olduğunu qeyd edib.
2009-cu ildə aparılan sorğu nəticəsində 97% alimlərin insan da daxil olmaqla, bütün canlıların təkamül yolu ilə yarandığını qəbul edib.
Onu da qeyd edim ki, 1920-ci ilə kimi ümumilikdə allaha inanmayan alimlər 30% hesablanırdı. Bu isə müasir elmin inkişafı ilə dinsizliyin hansı sürətlə artdığının göstəricisi ola bilər.
Dinlər arasında təkamülü qəbul edənlər;
Buddistlər arasında 81%
Hindular 80%
Yəhudilər 77%
Katoliklər ararsında 50%
Müsəlmanlar arasında 45%
Sorğuda 35556 insan iştirak edib. Onu da qeyd edim ki, sorğuda iştirak edən müsəlmanların sayı cəmi 116-dır. Yəni yuxarıda göstərilən 45% 116 nəfərin cavabına əsasən verilib.
1996-cı ildə Roma Papası İohan Paul II təkamülün bir həqiqət olduğunu, təkamül nəzəriyyəsinin hipotezdən daha üstün olduğunu öz çıxışındə qeyd edir. Həmçinin 2006-cı ildə Vatikanın L’Osservatore qəzetində kresionizmin (yaradılış nəzəriyyəsi) elmi əsası olmadığı, həmçinin Vatikan observatoriyasının əvvəlki direktoru İezuit Ata Jorj Koin də yaradılış nəzəriyyəsinin əsasının olmadığını qeyd edib.
Həmçinin bugün tibb və fiziologiya üzrə nobel mükafatı alan alimlərin 50-dən 47-nın kəşfi təkamülə əsaslanır.
1999-cu ildə aparılan araşdırmalara əsasən 1108100 bioloq və geoloq alimlərin cəmi 0,054%-i təkamülü qəbul etməyib. Həmçinin ABŞ-da bioloqların cəmi 0,0157%-i təkamülü qəbul etmir.
Sorğular Gallup və PEW forum tərəfindən aparılıb.
