Taxion – yunancadan tərcümədə “sürətli” mənasını verir. Taxion adi hissəciklərdən fərqli olaraq işıqdan sürətli zərrəcik kimi təxmin edilir, hesablanır. Tardion (işıqdan zəif sürətlə hərəkət edən hissəciklər) və lüksonların (işıq sürəti ilə hərəkət edən fotonlar) nəzəri işlərində işıqdan sürətli hiccəciyə verilən ad kimi istifadə edilir.
Bu hissəciklərə uyğun olan sahələr taxion sahələri adlanır. Əsasən bu cür sahələrə Kleyn-Qordon tənliyində (həmçinin Dirak tənliyi, Yang-Mills nəzəriyyəsi və s.) baxılır. Maraqlı bir nüans da odur ki, bu sahələr sadə mexaniki modellərdə asanlıqla reallaşa bilir, həmçinin taxionlara fizikada bərk cismin qeyri-sabit mühitlərdə özünü aparmaq qabiliyyətinin izahında da rast gəlmək olar.
Əgər taxionlar mövcuddursa (mövcud ola bilər), onda onun kütləsi və digər xüsusiyyətlərinə görə fərqlənən müxtəlif növləri də mövcud ola bilər (həmçinin adi hissəciklərin müxtəlif növləri mövcuddur).
Elmdə taxionlardan (və yaxud taxion sahələrdən) nisbilik prinsipini pozmayan, obyektlərin Lorens-kovariantlıq prinsipində işlədilir.
Birinci növbədə taxionlara strun nəzəriyyəsində strunların ilkin vakum vəziyyətinin kütlələr spektrində yaranan hissəcik kimi qeyd edilir. Bir sözlə, simmetriyanın spontan pozulması daxil olan bütün müasir nəzəriyyələrə (Hiqqs mexanizmi də daxildir. Həmçinin Hiqqs mexanizmi də Standart Modelə daxildir.) taxion sahələri aid edilir. Bu da öz növbəsində taxion hissəciklərinin mövcudluğunu göstərir.

İşıqdan sürətli hərəkət edən sferik obyekt müşəhidəçiyə qarşı hərəkət edən zaman müşahidəçiyə görsənmir. Amma obyekt müşahidəçinin yanından keçən zaman müşahidəçi onu iki bir-birindən uzaqlaşan obyekt kimi görəcək. Həmçinin onlardan biri müşahidəçiyə yaxınlaşır və obyektin real istiqamətində uzaqlaşmağa başlayır. Digər obyekt isə zamanın əksi istiqamətində genişlənən obyekt kimi müşahidə olunur. Bu cür effektin yaranmasına səbəb işığın abberasiyası və relyativistik Dopler effektidir.
Şəkildəki effektin yaranma mexanizmi və tənliklərlə ifadəsi.
[fblike url="http://eminov.info/609" style="button_count" showfaces="false" width="450" verb="like" font="arial"]
