EP investor axtarışında, investor təklifində dəyişikliklər. 1000manat=1%522 baxış

Bildiyiniz kimi, əvvəki yazımda da bəzi layihələrim üçün investor axtardığımı qeyd etmişdim. İnvestorluq üçün lazım olan ilkin məbləğ 30-35 min manatdır. Hansı ki, bir investor bu qədər pulu hər hansı bir layihəyə qoymağa o qədər də risk etmir. Və bu investor axtarışında biraz dəyişiklik etmək qərarına gəldim.

Yəni əvvəl bir investor axtarırdımsa, indi bu işə bir yox, bir neçə investoru cəlb etmək qənaətinə gəldim. İnvestor layihəyə xərcləyəcəyi pula uyğun olaraq da uyğun gəliri olacaq. Bu haqda aşağıda qeyd edəcəm.

İnvestorun pul ayrıcağı layihə veb layihədir. Layihə veb layihə olmaqla yanaşı, həm də biznes layihəsidir. Hazırlanması və istifadəçilərə təqdim olunması üçün ilkin olaraq 35 min manat layihəyə pul buraxmaq lazım gəlir.

İnvestorun marağı nədir?
İnvestor layihə haqqında ətraflı məlumatlanır. Yalnız bundan sonra investorluq etmək marağında olarsa, layihəyə risk etmək istədiyi məbləği layihəyə buraxır. İnvestor layihədən öz gəlirini – layihə istifadəyə veriləndən sonra tələb edə bilər. İnvestorla müqavilə qanunvericiliklə təsdiq olunan formada aparılır. İnvestor şirkətin heç bir işinə qarışmır. Sadəcə hər ayın sonunda ümumi gəlirdən ona düşən payı tələb edir. Layihədə 1-30 investor iştirak edə bilər. Aksiya 60 ay (5 il) müddətində keçərlidir və hər 1000 manat ümumi gəlirin 1%-ə bərabərdir. Əgər investor layihəyə 2000 manat pul ayırırsa, layihə açıldıqdan sonra bu investor 60 ay müddətində şirkətin layihədən götürdüyü məbləğin 2%-i onun adına yazılır. Əgər 10000 manat pul buraxırsa, bu qazancın 10%-i deməkdir. İnvestor nə qədər çox pul ayırsa, qazancı da bir o qədər çoxdur deməkdir.
İnvestorun layihəyə ayırmaq istəyəci minimum məbləğ 1000 manat, maksimum məbləğ 30 min manatdır.

Əlavə: Layihə açılandan sonra, qarşıda gələn 6 ayda investoru qazanc qane etmirsə, digər investorlardan fərqli olaraq onun payına düşən aksiyanı aldığı qiymətə başqasına sata və yaxud şirkətdən bağlanılan müqavilə əsnasında qanunvericiliklə təsdiq olunmuş yollarla layihəyə yatırdığı pulu tələb edə bilər.

Yazının mobil versiyası