Iran before/after islamic revolution376 baxış

İran daxilində Ruhullah Musəvi Xomeyni artıq öz ətrafında antişah qüvvələr toplaya bilmişdi. Xomeyni dindar-şiələrin dəstəyinə arxalanırdı. Xomeyni şahın daxili və xarici siyasətini həmçinin aqrar islahatları, qadınlara verilmiş seçki hüququnu tənqid edirdi. Bu fəaliyyətinə görə o 1963 və 1964-cü illərdə həbs edilmiş və ölkə xaricinə çıxardılımışdır. Sonrakı fəaliyyətini İraqda davam etdirən Xomeyni burada da İrandaxili qüvvələrlə əlaqə saxlayırdı. Bu vaxta qədər ölkə ərazisini antişah nümayişləri bürüdü. Bu aktivlik təkcə Xomeyni və onun tərəfdarlarından gəlmirdi. İran mucahidləri və İran fədailəri təşkilatları da bu işdə SSRİ, Fələstin Azadlıq Təşkilatı və radikal ərəb rejimlərinin dəstəyi ilə fəal iştirak edirdilər. İqtisadiyyat sarsılmışdı. Tezliklə nümayişkarlara qarşı qoyulmuş ordu 1979-cu il fevralın 11-də öz neytrallığını elan etdi, bununlada Pəhləvilərin taleyi həll edildi.
İrana qayıtmış Xomeyni dini və siyasi rəhbər kimi qarşılandı. Müvəqqəti hökumətin lideri Mehdi Bazarqanın iştirakı ilə 15 nəfərdən ibarət İslam İnqilabı Şurası yaradıldı. 1979-cu ilin 1 aprelində ölkə İran İslam Respublikası, daha sonra isə Xomeyni ömürlük lider elan edildi.


Sizcə bu inkişafdırmı, yoxsa tənəzzül?

p.s: Mənim nənəm (anamın anası) İranlı olub. Amma onu heç bir şəkilində hicablı görməmişəm. Nə cavanlığında, nə qocalığında.