1 0 Archive | July, 2009
post icon

Qatil

İnsanı qatil edən də insanların özüdür.
asif eminov
Leave a Comment
post icon

Bakının tarixi

Bakı – Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir.
Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi (“İpək Yolu”), iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur. (more…)

Leave a Comment
post icon
post icon

Yarımçıq əlyazma: İçmirsən! Çəkmirsən!

(içmirsən, çəkmirsən)

-Ata, mənə 2 manat ver də…

Acıqlı çəkildə cavab gəlir: – Neynəyirsən?!

Sakitcə: -Kontur alacam…

Bu zaman içindəki hirs daha qabarıq büruzə olunur üzündə… -Yoxumdur!!! İçmirsən, çəkmirsən!!! Pulu neynəyirsən?! … Mənə bir həftə bəs edir kontur, sənə isə iki gün davam etmir! Vermirəm!

Bir neçə saniyə üzünə baxıram və otaqdan bayıra çıxıb, hər zamankı kimi kompüterin qabağında…

Əlavə: Nə bir dəfə məni balıq tutmağa apardın… Nə bir dəfə də olsa, hansısa nəaliyyətimə görə təbrik etdin… Nə bir dəfə də olsa, məsləhət verməyi bacardın, nə gördüyüm hansısa işə dəstək oldun və s.

Sən hətta anamın köynəyinə qurd yağı sürtən qardaşının uşaqlarını məndən çox sevdin…

Səni çox sevirəm, ata…

Leave a Comment
post icon

Yarımçıq əlyazma: Saatlarım başladı və yaxud ad günü

Düşündüm bir gəncin manifestinə bu günü də qeyd edim.

Doğuldum bir gün… Çılpaq, ağlağan. İlk dəfə silləni də o vaxt aldım. İlk dəfə havanı da o vaxt uddum. İlk dəfə ana südünə nə qədər möhtac olduğumu da o vaxt hiss etdim. Ağladım doyunca. Ağladım… Heç kim də susdurmadı məni. Çünki sevinirdilər. Beləcə saatlarım başladı… (more…)

Leave a Comment