1 0 Archive | August, 2009
post icon

Hədiyyə

Özünü mənə bağışla... Çoxdandır hədiyyə verən olmayıb...
asif eminov
Leave a Comment
post icon

Reallıq

Reallıq bizim təsəvvür edə bilmədiyimizdir.
asif eminov
Leave a Comment
post icon

Yarımçıq əlyazma: Mən kiməm?

Mən – yaradılanam.
Mən – yaradanam.
Mən – yaşadanam.
Mən – sevdirən, sevilən, sevənəm.
Mən – keçmişlə gələcək arasında körpüyəm.
Mən – zəncirin ən güclü və ən zəif bəndiyəm.
Mən – sual verənəm. Mən – bütün suallara cavab tapanam.
Mən – kimlərəsə ümid, kimlərəsə yarasız biriyəm.
Mən – tarixin başlanğıcı və sonuyam.
Mən – hiss edənəm.
Mən – mənimin görmədiyiyəm.
Mən – hətta arzu, xəyalam.
Mən – idealam. Mən – hətta özümə də əlçatmazam.
Mən – mənimi öldürən, mənimə görə ölümə hazır olanam. Mən – mənə görə mənimi satanam.
Mən – qatiləm.
Mən – müqəddəsəm.
Mən – yazığı gələn, yazığın gəldiyinəm.
Mən – nifrət qazananam.
Mən – ən kasıb və ən varlısıyam.
Mən – …

Sən kimsən? Sən də elə mənsən…
Sizlər hamınız mənsiz…

Leave a Comment
post icon

Yarımçıq əlyazma: babam

Babam uzaqgörən idi. Ona görə 6 aylığımda ikən qışın soyuğunda donub ölməyimi istəyib…
Rəhmətlik babamı çox sevirəm. O, olmasaydı, atam olmazdı. Atam olmasaydı, mən olmazdım…
Yadıma gələn ilk arzumu babam yerinə yetirib. O mənə 3 təkərli velosiped alıb…
Keçən il babamın qəbri üstünə gül qoymağa gedəndə, qəbirin üstündə sevişən iki pişik gördüm. Buna görə düz 15 dəqiqə nahara gecikdim. Yeni bir həyatın qarşısını almaq, günah deyilmi?
Mən ruhlara inanmıram. Bəlkə buna görə ruhlar məni narahat etmir? Yoxsa ruhlar məndən qorxurlar? Bugün qəbirstanlıqda yatacam… Babamın qəbri üstündə… Heç olmasa babam məndən qorxmasın…

Leave a Comment
post icon