1 0 Archive | October, 2009
post icon

Pərvin Məmmədzadə-Sehirli park

Açılan növbəti bir yay səhəri idi. Yuxudan duran kimi “par-par” parıldayan günə baxmaq üçün dəhlizə qaçdım. Korridordakı şüşəbəndin pəncərələri çox olduğundan korridora düşən gün işığı dəhliz boyu səpələnirdi. Pəncərədən boylanıb günə baxmağa çalışırdım və eyni zamanda həm də düşünürdüm ki, görəsən Gün hər gün səhər çıxıb və hər axşam batmaqdan bezmir? Pəncərənin altlığı hündür olduğundan həyətə baxmağa boyum çatmırdı. Görə bildiyim yalnız qarşımda, mənim üçün sonu görünməyən, saysız hesabsız binalar idi. Onların içində isə mənə ən maraqlı gələn Bakı Sirkinin uzaqdan görünən dam örtüyü idi. Gözlərimi gün işığından qirparaq maraqla uzaqlara baxmağa çalışırdım. Binamızın qarşısındakı nəhəng və əzəmətli binaya, dalğalanan bayrağa baxmağıda yaddan çıxarmadım. (more…)

Leave a Comment
post icon

Yarımçıq əlyazma: Məsləhət

Mühazirədən sonra.

- Salam, müəllim. Olar?
- Buyur.
- Müəllim, gəlmişəm ki, deyim ki, mühazirədə tələbələri təhqir etməklə düzgün hərəkət etmədiz. Əgər kimsə gecikibsə, buraxmırsızsa, öz işinizdir. Qayıbını yazın vəssalam. Daha dalınca da min söz demək nəyə gərək?

Müəllim çaşqınlıq içində cavab verdi.

- Sənnn mənə ağıl öyrədirsənnn?!
- Müəllim, mən ağıl öyrətmirəm. Sadəcə belə etməklə siz tələbələri yox, özünzü alçaltmış olursuz. (more…)

Leave a Comment
post icon

Mən seçilmişəm

Mən hamı kimi olmaq istəmirəm. Mən seçilmiş olmaq istəyirəm. Mən özüm özümü keçib, daha zirvələrə qalxmaq istəyirəm. Hamı kimi eyni yolu getsək, yeni yollardan xebərimiz olarmı? Yeni yollar olmasa, inkişaf olarmı? Mən fövqəlinsan olmağa can atmaq istəyirəm. Buraxın məni mənə. O mənə düz yolu görsədir. Odur mənim Tanrım.
asif eminov
Leave a Comment
post icon

Din

Din insanlara mənəvi zərbədir. Onları mənəvi azad olmağa qoymur. Daima içində qorxu yaşayır həmin insan. İnsan qula çevrilir. İnsan özü özünü idarə etməyə yox, kənardan idarə edilməyə başlayır.
asif eminov
Leave a Comment
post icon

Sevgi

Sevgi tanrının üzüdür. Sevgi tanrının özüdür.
asif eminov
Leave a Comment