Pəncərədən boylanıb,
Əlində çörək aparan uşağı
söyüb,
gülərək
Özünü xoşbəxt hiss etdi...
Əlləri hələ də bağlı idi.
O gülürdü dünyaya
çarpayıda.
Və qorxurdu
özündən...
Və bir gün
Danışdı divarlarla.
Divarlarla dalaşdı.
Gələcəkdə xatirə olacaq
Yazılar cızdı divarda.
Və oturub ağladı
gözləri ovucunda...
Qapandı özünə bir dunyalıq.
Sabahdan allah oldu
Hər kəsi o yaratdı
bu dünyada... (asif eminov)
Social Media