post icon

Sən mənə doğmasan, bəs mən?

… yazır:
-Huri mələk deyil.
-İnsandı.
-Son rəyinə görə səni dostluqdan siləcəm.

asif eminov yazır:
-Buyur
-Seçim sənindir. Mənsə səni dostluqdan silməyəcəm. Ürəyimdə belə. Dostsan…
-Mən sənə dəyər vermək istədim. Çünki mən insana inandım.
-Bibliyada belə bir sitat var.
-Deyir ki,
-”Sən qardaşını sevmirsənsə, allahı sevmən yalandır. Necə olur ki, gördüyün qardaşını sevmirsən, amma görmədiyin allahı sevirsən”?
-İndi isə buyur. Sil dostluqdan. Və istəsən msn-dən də…

… yazır:
-Mən səni görməmişəm.

asif eminov yazır:
-Sən cümləni anlamadın sadəcə.

… yazır:
-Anladım.
-Amma mən səni görməmişəm.

asif eminov yazır:
-Yaxşı elemisən. Bir gün mütləq qarşılaşacağıq.

… yazır:
-Mənim ömrümün bitməsinə az qalıb.
-Çətin qarılaşaq.

asif eminov yazır:
-Hər halda məndən çox yaşayacaqsan.

… yazır:
-İnanmağım gəlmir.

asif eminov yazır:
-Mənsə buna inanıram. İnanmağım gəlmiyən sənin inanmağın gələndir.

….

asif eminov yazır:

-Silinirəm yoxsa, incildəki sitat sənə çox şey öyrətdi?

… yazır:
- =))
-İncili sevirəm.

p.s: Onu tənqid etməyin. Belə şərhlər silinəcək! Məqsəd sadəcə insanlara sevgini aşılamaq idi. İnsanları sevin. Fərq etməz hansı dinə, hansı inanca xidmət edir. Sadəcə qarşındakına onun özünə görə dəyər verməyi öyrənin. Sevin. Sevin. Sevin…

2 Comments

Leave a comment
  1. Turalfot
    21. Jan, 2010 at 03:38 #

    Mən o qaqaşı tanıyıram deyəsən =)

  2. Günel
    21. Jan, 2010 at 09:38 #

    Qarşındakı insanı görməyi bacarmırsansa necə Allaha inana bilərsən. İnandığın və sevdiyin göylərdə yox, elə qarşındakı insanın daxilindıdir… Daha neçə gözümüz olmalıdır ki, görə bilək? Elə mən də koram…