Həqiqət axtarışında günahlara batdım
Və allah məni bagışlamadı.
İtirdim allahımı da…
İndi cəhənnəmdəyəm,
Həqiqətlərimlə…
Mənə özünü bağışla.
Mənə üzünü bağışla.
Səni mənə ver…
Bugün allah olmaq istəyirəm,
Silmək istəyirəm
cəhənnəmi də
cənənəti də…
Sevmək istəyirəm
Bütün insanları ürəkdən…
Allah məni sevmədi.
Bacarmadı,
Hünəri çatmadı
Men kafiri sevməyə…
Bir ömürlük ümidim var…
Qara rəng deyil…
Sən rəngsən…











No comments yet.
Leave a comment