Bağışladığın kitab səhifələrində
içdiyin son kofe izləri…
Toxunuram dodaqlarına
hər vərəqdə.
Döyün ürəyim. Ölənə kimi döyun. Yaşat məni. Sənə ehtiyacım var.
Bu həyat qumarında ya səni qazanacaq, ya özümü itirəcəm.
Tarixin en boyuk gunahi menim boynumda. Men seni allahdan cox sevdim.
Sözlərin
sənin izlərin.
Ardımca gəlir cəsur ürək.
Əlini ovucuma sıx
və de ki,
mənimləsən.
Qucaqla qaranlığını,
mən sənin rənginəm.
İslatdın gözlərini
yağışın altında,
səni ağlayan sanmışdım
mənim üçün.
Susma… Bəlkə də bu son günüm. Onu da sənsiz yaşamıyım.
Sığal çək ürəyimə,
baxışınla.
Gülümsə
dünyalar qədər
sev məni.
Əzbərlə məni
hər sətirimlə,
xatirə dəftərim.
Ulduzlar qədər uzaqda, min işıq illəri qədər məsafələr var, sən və mən arasında. 1/10 üstü 950 qədər ehtimallar var. Yenə də ümidliyəm, məni sevəcəyinə.
-Mən hardayam?
-Əsərin son cümləsində.
Xatirələr qocalsa da, sənlə mən arasında böyüməyən sevgi var.











Səni itirdiyim boşluqda tapıram özümü…Ya məni orda qoymuşam ya da səni orda itirmişəm..
Bir baxış…
Bir söz…
Bir cümlə..
Həyat səhifəm budur mənim…
Bağışla məni…Sənsiz ölə bilmədim
bele pessimist olmaga ehtiyac yoxdu..