Etüdlər və yaxud bədii tapmaca
Artıq cənnətə inanmır
Gecə yarısı
blok qırağında
Oyanan uşaq.
- Çünki saqqızını itirdi.
Atasının cibində qaldı
Uşağin arzuları.
- Susuz
balıqlar havada üzər
Elə bilər dənizdir.
Son ümidi var yaşamaqçün.
- Gecə çox uzun
Sabahın yolu qısa.
Beləcə gün keçdi…
- Yağış yağdı üstünə
Qayalar yaralandı.
Səbəkar bulud oldu.
- Susmaq qızıla bərabərdir
kəlməsi
Bir təsəlli.
Danışmağı bacarmırıq.
- Dalğalara güvənmə.
Külək görəndə
həddini aşır.
- Məktəb illəri vinetkada qaldı
Universitet illləri yollarda.
Ananın göz yaşları
qanlı asfaltı yudu.











Mənalı etudlərdir …Düzünü desəm bir ikisi məni hələ də düşündürür …Həqiqətdir ….Yəqin insan təbiətində əsas xasiyyəti tərgiməmişəm ….Həqiqəti qəbul edə bilmirəm…
Həqiqəti qəbul et , özünü aldatma …Bu müalicə kursları mənə yaxşı gələr …Maraqlı idi Asif .Təşəkkür.
Susmaq qızıla bərabərdir
kəlməsi
Bir təsəlli.
Danışmağı bacarmırıq.