1 0 Tag Archives: allah
post icon

Maniakal sindrom

Bağışladığın kitab səhifələrində
içdiyin son kofe izləri…
Toxunuram dodaqlarına
hər vərəqdə.

Döyün ürəyim. Ölənə kimi döyun. Yaşat məni. Sənə ehtiyacım var.

Bu həyat qumarında ya səni qazanacaq, ya özümü itirəcəm.

Tarixin en boyuk gunahi menim boynumda. Men seni allahdan cox sevdim. (more…)

Leave a Comment
post icon

Humanizm

Humanizm – bir çox german dillərində insan mənasını verən “human” sözündən törənmiş, insan dəyəri, problemləri ətrafında metodoloji, fəlsəfi yanaşma və cərəyandır. Qədim yunan fəlsəfəsindən bəhrələnmiş humanizm müasir zamanda cəmiyyətimizə ilginc, qorxulu bir nəsnə kimi təqdim olunur. Bunun səbəbi isə teizm ehkamlarına qarşı olması və kifayət qədər güclü arqumentlərə malik olmasıdır.
Nasir Nəsirli
Leave a Comment
post icon

Və hər şey belə yarandı

Bir ətrafınıza baxın. Hər nə görürsünüzsə, hamısını siz yaratdınız. Mövcudluq illuziyadır. İnsan öz mövcudluğu üçün ətrafında olan nəsnələrin mövcudluğuna ehtiyac duyur və bu ehtiyacları insan gerçəkləşdirir. Hər şeyi siz yaratdız. (Bütün var olanlar sizin yaratdığınız “var”lardır. Kor insan üçün nə günəş var, ay var, nə çay var, nə su var, nə maşın var, nə qatar var və s. O, heç vaxt günəşin necə olduğunu təsəvvür edə bilməz, o heç vaxt işığın necə olduğunu təsəvvür edə bilməz. Onun təsəvvürləri də öz dünyası kimi qaranlıqdan ibarətdir. Onun təsəvvürlərindəki fiqurlar da qaranlıqdan başqa heç nə deyil. Korlar mövcud olmaq üçün ətrafdakı insanlaradaha çox ehtiyacı var. Çünki onların mövcüdluğu üçün lazım olacaq “var”ları, ətrafındakı insanlardan alır. ) (more…)

Leave a Comment
post icon

Ateist

Ateist olmaq üçün müqəddəs sayılan kitabları bir dəfə şüurlu şəkildə oxumaq yetərlidir.
V.İ.Lenin
Leave a Comment
post icon

Qoca dilənçi

Dizləri üstə yıxılan qoca,
Allah adıyla çörək diləndi.
Və rəhmi gəlmədi allahın.
İtlər oğurladı ayaqqabılarını da,
Küləklər apardı yaylığını da.
Ağladı o son dəfə
Və acından öldü
həmin gecə…

Leave a Comment