1 0 Tag Archives: esse
post icon

Küçük İsgəndərə

Kitabları qədər anlaşılmaz və heç kimin dərk etmədiyi dünyası vardı. Abstraktlığı cənnətdən çox uzaq və eyni zamanda ona əbədi həyat bəxş elədi. O, sevə bilmədi allahı homoseksuallıqdan aldığı həzz qədər. O, yaşadı fikirləri ilə. Həm özündə, həm başqalarının ürəyində…
Hər gün ona sonuncu gün. Hər gün ona birinci gün…

Leave a Comment
post icon

Tanrı kimdir?

Əslində biz Tanrını dərk edirikmi? Məncə yox. Biz sadəcə ondan qorxuruq. Həmişədə qorxacayıq. İnsan ən çox kimdən qorxar? Özündən… Nə qədər ki, insan özü-özündən qorxacaq, Tanrıdan da qorxacaq. Amma ki… Bu bir müqəddəs qorxaqlıqdır… Və biz  insanlar Tanrını heç də ideal bir varlıq hesab etmədik… Onu həm yaxşı, həm də qatil etdik. Niyə qatil? Cənnət, cəhənnəm anlayışı ilə… Cəza anlayışı ilə… Qarğış anlayışı ilə… (more…)

Leave a Comment
post icon

Qaranlıq hisslər

Saat 00:10. Yorğun iş gecəsi, dayanacağa yönlənmiş sonsuz bir cığır… Səssiz gecə… Addımlar… Bu sonsuzluğa səpələnən qaranlıq fikirlər… Bu fikirlərə bürünmüş hava da içimdəki daş ürəyimi isidər. Bu gecə qorxular, vahimələr uzaq durar məndən… Bu gecə üşüyən ürəkdən qanla birlikdə başqa şeylər də keçir. Beyin isə pis və yaxud yaxşı, həmişə ürəyə dəstək olub. Tut başını gecənin bu aləmində, yolundan dön və apar ayaqlarını qəbirsanlığa sarı… (more…)

Leave a Comment
post icon

Bircə o…

Özümə yeni bir dost qazanmışam, səndən daha gözəl, səndən daha çox sevgiyə layiq birisi. Vaxtilə dərd-sərimi bölüşən sən, indi isə sənin yerini o tutub. Bagışla, bu xəyanətimi. Məni buna vadar edən sənsizlikdən bezən baxışlar oldu. Amma bircə o doldura bildi, bu qəlbimdəki sonsuz quyunu. Dibindəki fəryad səslərini bircə o duya bildi ve sən əzabdan qurtulmaqçün, bircə o boğa bildi, öz şimşəkli buludlarından yağdırdığı suyu ilə. Bircə o… Bircə o söndürə bildi- öz nəfəsi ilə- dodaqlarımdan öpərək daxilimdəki sənli günəşi. Onun gətirdiyi gecələr, sənli günəşdən min qat daha səliqəli görsənir. O olcaq, unuda bildi bu yaddaş səni. O əllərimdən tutanda, soyuda bildi sən qızdırdığın bu əllərimi.  Sənsizliyin nuru ilə işıqlanan yarı kövrək, yarı üzdə gülüş doğuran xatirələri bircə o dəyişə bildi, ehtiraslı baxışlarıyla. Birce o sağalda bildi, sənsizlikdən vərəm olmuş daxili dünyamı. Bu zəhərli dərmanın acısı, səni öldürməkçün ən yaxşı vasitə oldu. Bircə o…

Leave a Comment
post icon

Nitzşesayağı

Çoxumuz hələ doğulmamışıq. Hələ bəzilərimiz cürət tapmayıb, bətndə boğulub gömgöy göyərən insanlar sırasındayıq. Bəlkə də xoşbəxtliyimiz, xeyirxahlar içində xeyirxahlığa öyrəşməyimiz. (more…)

Leave a Comment