Destek ucun reklama klik ele

Search the Community

Showing results for tags 'məsləhət'.



More search options

  • Search By Tags

    Type tags separated by commas.
  • Search By Author

Content Type


Forums

  • Global News forum
    • Global News forum
  • Interesting şeys
    • Forex

Categories

  • Articles

Blogs

  • Futures

Found 1 result

  1. Uğurlu Trader olmaq üçün ilk növbədə bir sıra əsas qaydaları yadda saxlamalısınız: Bazarda duyğularınız ilə hərəkət etməməlisiniz; Özünüzü bir sərmayəçi və ya spekulator kimi müəyyənləşdirməlisiz; Maksimum 2-4 alətlər ilə əməliyyat edin, bundan artıq olmamalıdır; Gözlənilən mənfəətinizi mövqeyə uyğun müəyyənləşdirməlisiz; Ticarət aparmaq üçün hansı siqnaldan istifadə edəcəyinizi müəyyənləşdirməlisiz; Mövqeyə daxil olmaq və çixmaq üçün alternativ ssenarini müəyyənləşdirin Marja (azad marja) səviyyəsinə mütləq riayət edin, marj səviyyəsi 1000%-dan az olmamalıdır (1000%-dan aşağı səviyyəsinə düşərsə, təhlükə yaranmayacaq, sadəcə bu hal nisbətən təhlükəsiz zonasından təhlükə zonaya keçid deməkdir). 1- Stop Loss əmrini istifadə etmək əməliyyatlar açarkən diqqət olunması vacib faktordur. Əməliyyata daxil olarkən stop loss (zərəri dayandır) əmrini qoymaq lazımdır. Uğur qazanan treyderlər heç vaxt açdıqları əməliyyat gəlirdə olarkən dönüş siqnalı gəlməmiş əməliyyatnını bağlayıb qazanclarını yarımçıq götürmürlər. Əməliyyat əks istiqamətdə hərəkət edib zərərə gedərsə əməliyyatı daha əvvəl müəyyən edilmiş qiymətdə bağlayıb zərərin böyüməsinə imkan vermirlər. Əməliyyat açdığınız anda paralel olaraq stop loss qoymağınız sizi iri zərərlərdən və aşağıdakı risklərdən qoruyacaq: Zərərin qısa yerdən kəsilə bilməməsi Zərərdə uzun müddət gözlənilməsi Adətən treyderlər əməliyyatların zərərə getdiyini görüb qiymətlərin qaydacağına ümid edərək əməliyyatı zərərlə bağlamaq istəmirlər. Bu isə zərərin gün keçdikcə daha da böyüməsinə səbər olur. Bir və ya iki əməliyyatda sərmayənin böyük qisiminin itirilməsi, Səhv olunduğunun qəbul edilməməsi Sizi cəsarətləndirən və əməliyyat planınızı tərk etmənizə gətirib çıxaran şəxsləri dinləmək USD-də olan hər bir əməliyyat üçün tövsiyyə olunan maksimum zərər: Orta hesabla EURUSD her gün 0,5 -1,00 %: Qızıl - 1,00 - 2,00 %; Xam neft - 2,00 - 4,00 % dəyişir. 2 - Uğurlu əməliyyat üçün gərək əvvəlcədən müəyyənləşdirilmiş stabil ticarət planınız, əməliyyat strateqiyanız olsun. Əvvəlcədən ticarət strategiyasının seçilməsi investorlara aşağıdakı üstünlükləri verəcək: Az qazanc üçün çox risk götürməmək Zərərə gedən əməliyyatın üzərinə əlavə əlavə əməliyyat açmamaq Hesabınızın böyük hissəsini əməliyata yatırmamaq Kapitalınızın böyük qismini dövriyyəyə buraxmayın Əməliyyat zamanı səhv əməliyyat olub olmadığına nəzarət edir Yüksək həcmdə əməliyyat etməyin. Eniş trendlərində meydana gələ biləcək fürsətləri qiymətləndirmək. 3 - Əməliyyatlarını lazımlı və etibarlı məlumatlara baxaraq etməkləri: Sərmayəçilərin əksəriyyəti, qlobal məlumat və göstəricilərə baxaraq əməliyyat qərarı verməkdədirlər. Sərmayəçilər səhər qəzetlərdən baxdıqları xəbərlərə görə bazara tullanmazlar. Bazarı daha yaxşı öyrənmək üçün lazımlı məlumatları əldə etmək üçün kifayət üədər cəhd edib və vaxt ayırarlar. Bir çox broker-ə görə gün içində əldə edilən əhatəli və beynəlxalq məlumatlarla bazara girmək müvəffəqiyyət üçün ən lazımlı səbəbdir. Müvəffəqiyyətli Sərmayəçi özünə və məlumatına etibar edir və qəti olmayan qaynaqlara görə əməliyyata girmir. 4 - Vəsaitlərin idarə edilməsi mühüm məsələlərdən biridir: Vəsaitlərin idarə edilməsi az əvvəl dediyimiz əməliyyat strategiyasının önəmli parçasıdır. Siz ticarətə başlamazdan əvvəl strategiyanızı müəyyənləşdirirkən büdcənizi də hesablamalısınız. Məsələn əgər riskinizin ölçüsü hesabınızın 2%-dən artıq olmazsa hesabınız uzun müddət varlığını davam etdirər və bazarda dalğalanmalar yaşandığında tamamilə zərərə gedərək bağlanmaz. Bundan əlavə bazara daxil olarkən riskinizlə yanaşı nə qədər qazanc əldə edəcəyinizi də əvvəlcədən dəqiq bilməlisiniz. 5 - Trend istiqamətində əməliyyat açmaq lazımdır. Uğur qazanmış sərmayədarların əksəriyyəti bu qənaətdədir ki, daha az risk daha stabil qazanc əldə etmək üçün trendin əksinə əməliyyat edilməməlidir. Bundan əlavə əməliyyatların ən yüksək və ən aşağı səviyyələrdə edilməsi də məsləhət görülmür. Qrafiklərə baxaraq qiymətlərin hansı nöqtərəldən dönüş edəcəyini müəyyənləşdirmək və bundan sonra bazara giriş çıxış səviyyələrini dəqiqləşdirmək lazımdır. 6 - İntizama sahib olmaq: Əməliyyat planını izləmək üçün intizamlı olmalısınız. İntizam sizə aşağıda qüyd ediləm üstünlükləri verir; Əhəmiyyət qazanc və ya zərər vəziyyətini əməliyyat planınızı tərk etməməlisiniz Qeyri-kafi məlumatlarla mövqe açmamalısınız Diqqətsiz və səbirsizc əməliyyat etməzsiniz Kiçik sərmayə və az məlumat ilə bir çox valyutada əməliyyata girməzsiniz Qrafikləri davamlı izləyərsiniz Eşitdiklərinizi nəzarət altında saxlayarsınız Stop istifadə etməni laqeyd yanaşmazsınız. 7 - Kifayət qədər sərmayə ilə başlamaqları: Əslində yalnız kafi sərmayə ilə başlamaq deyil. Bəzi sərmayəçilər yaxşı miqdarda pul ilə başlamaqlarına baxmayaraq qazanmaya bilərlər. Çünki əməliyyat planı ilə möhkəm pul rəhbərliyi qaydalarına sahib ola bilməməkdədirlər. Ayrıca bunları davam etdirəcək intizama sahib deyildirlər. Az miqdarda sərmayə ilə başlamaq və bütün qaydaları tətbiq etmək, çox pul ilə başlayıb diqqətsizcə əməliyyat etməkdən daha yaxşıdır. Bəs, nə qədər rəqəm kafi olacaq? Bu tamamilə sizin əməliyyat planınıza və bir əməliyyatda nə qədər risk alacağınıza bağlıdır. Ayrıca sərmayənizin nə qədərini marjin olaraq istifadə edəcəyinizə də bağlıdır. Əgər siz sərmayənizin %5lik qisimini bir əməliyyatda risk olaraq ayıracaqsanız o zaman hesabınızda 10.000 dollar saxlamanız lazımdır. Bu rəqəmdə bir əməliyyatda 500 dollar olacaq. Lakin bir çox broker başlanğıcda möhkəm olaraq başlanması lazım olduğunu bildirirlət. Əgər sizin əməliyyat başına risk əmsalınız %2 isə o zaman 25.000 dollar hesabınızda pul olacaq və siz 500 USD zərərdən daha çoxunu risk etməyəcəksiniz. Stop səviyyəsini də ona görə təyin edəcəksiniz. 8 - Qazancdakı mövqeylərini davam etdirmələri: Yaxşı bir plan qazancınızı davam etdirməyinizə kömək edəcək. Yaxşı plan duyğularınızı qərar verərkən aradan qaldıracaqdır. Yaxşı plan sizə bunu söyləyəcək; ‘ Əgər bazar trendi əməliyyatınıza görə davam edirsə o zaman qazancınızı qoruyacaq təqib stop əmri qoyulmalıdır. Bu səviyyə bazara görə lazım olduğunda dəyişdirilə bilər. Lakin bu səviyyə bazardan çox uzağa qoyulmamalıdır'. Yaxşı plan sizə eyni zamanda xatırladacaq ki; ‘ Əgər əməliyyatın başındaki təməl səbəblər hələ etibarlı isə və texniki göstəricilər əməliyyatı təsdiqləyirsə əməliyyat bağlanılmamalıdır. Əgər %50-lik qazanc nisbəti varsa o zaman əməliyyatı bağlaya bilərsiniz'. Şərtlər icazə versə planınız qazancdakı əməliyyatınıza əlavə əməliyyat əlavə etmənizə imkan verməlidir. Qiymət səviyyələrinin və qazanc hədəflərinin yazılmış olması əhəmiyyətlidir. Ayrıca bu yazılı rəhbər sərmayəçini, təməl və texniki göstəricilər mövqeyinin davamını təklif edərkən kiçik qazancla mövqeydən çıxmasını önləməlidir. Bununla birlikdə əgər fundamental və texniki göstəricilər mövqeyin davamını təsdiq etmirlərsə dərhal əməliyyatdan çıxılmasını təmin etməlidir. Ayrıca sərmayəçi qazanclı mövqeydə ikən gələn məlumatların qaynağına yaxşı baxmalı və qərar verərkən diqqətli olmalıdır. 9 - Əməliyyat edərlən duyğular ilə hərəkət edilməməlidir: Ən yaxşı sərmayəçilərlə etdiyimiz görüşlərdə özlərinin əməliyyatlarını duyğularını qatmadan etdiklərini gördük. Özlərini əməliyyata yatızdırmamaqdadırlar və bu sayədə əməliyyatdan çıxmaqları asan olmaqdadır. Bəzi sərmayəçidən fərqli olaraq həyəcan ehtiyaclarını aradan qaldırmaq üçün və çətinlikdən xilas olmaq üçün əməliyyata girməməkdədirlər. Duyğusal qorxular sərmayəçiləri zərərdəki mövqeydən çıxmalarının qabağını almaqdadır. Buna görə müvəffəqiyyətli bir sərmayəçi duyğusal olaraq deyil, məntiqi olaraq hazırlanar, qrafiklərə, rəqəmlərə, xəbərlərə baxaraq qərar verər. Forex bazarında yaxşı bir sərmayəçi olmaq üçün əvvəlcə etməyiniz lazım olanlar və malik olmağınız lazım olan xüsusiyyətlər: Analitiq düşünmə qabiliyyətinə sahib olmaq yəni maliyyə analizi edə bilmək üçün hesab kitab bilmək. Gündəmi və iqtisadi inkişafları yaxından izləmək. Pula istiqamət verən və Forex bazarını təsir edən bütün faktorları öyrənmək anlamaq və şərh edə bilmək. Yalnız Türkiyə-də deyil bütün dünya üzərində maliyyə təsiri göstərən inkişaflara hakim olmaq. Riyaziyyat ilə bağlı analiz bilmək və bu analizlərdən nəticələr eldə edə bilmək. Sistemli və stratejik bir münasibətə malik olmaq. Uzun vədəli düşünmək və səbirli olmaq. Strategiyaları qısa orta və uzun vədəli olaraq təyin etmək və riskləri bu vədələri diqqətə alaraq səbət üsulu ilə paylamaq. Gündəlik Forex şərhlərini və xəbərlərini izləmək. Forex bazarında müvəffəqiyyətli olmaq üçün lazım olan şərhləri yuxarıda ifadə etdik. Müvəffəqiyyətə gedən yolda bu addımları istifadə etmək bizim bu bazarda daha müvəffəqiyyətli olmağımıza köməkçi olacaq. Amma bunu heç bir zaman unutmamaq lazımdır. Bu xüsusiyyətlərin hamısını nə qədər tətbiq etsəniz tətbiq edin ən əhəmiyyətli olan insan PSİXOLOGİYAsıdır. Bu bazarda nə qədər yaxşı olsaq olaq nə qədər çox qazansaq qazanaq əgər psixologiyamızı yaxşı tuta bilməzsək lazımlı məlumat və bacarıqlara sahib olsaq belə bu bazarda həmişə vaxt itirməyə məhkumuq. // mənbə: liderforex.com